📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran və Ermənistan parlament nümayəndələri arasında görüş baş tutub

2021-12-21 12:46:00

İran və Ermənistan parlament nümayəndələri arasında görüş baş tutub

İran və Ermənistan parlamentlərinin nümayəndələri iki ölkə arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. İran İslam Şurası Məclisinin üzvlərindən ibarət nümayəndə heyətinin Ermənistan parlamentinin sədri Alen Simonyan ilə görüşdə iki ölkə arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

"İRNA" xəbər agentliyi məlumat verir ki, iki ölkə arasında əlaqələrin genişləndirilməsi ilə əlaqədar bazar ertəsi Ermənistana səfər edən İran-Ermənistan Parlament Dostluq Qrupunun həmsədri Seyid Mehdi Fərşadanın başçılıq etdiyi İran nümayəndə heyəti Ermənistan parlamentinin sədri Simonyanla görüşüb. Görüş zamanı Simonyan səfərin və iki ölkə parlamentləri arasında əməkdaşlığın davam etdirilməsinin Ermənistan və İran arasında əlaqələrin genişlənməsinə, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəflər müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi üçün iki ölkə parlamentlərinin imkanlarından istifadə edilməsini müzakirə ediblər. Görüş zamanı Fərşadan İslam Şurası Məclisinin rəisi Qalibafın Ermənistan parlamentinin sədrinin Tehrana səfərə dəvətini çatdırıb.

Qarabağın ermənilər tərəfindən işğalı zamanı Ermənistanla daha çox gizli fəaliyyətlərlə əməkdaşlığa üstünlük verən, eyni zamanda Azərbaycana da üzdə dost-qardaş münasibətində olduğunu iddia edən İran rejimi, ikinci Qarabağ savaşında Azərbaycanın qələbəsindən sonra Tehran-İrəvan əlaqələrini sanki daha çox açıq-aşkar şəkildə yürütməyə yönəlib. Bu da başa düşüləndir. Düşməninlə dostluq edən bir rejim heç vaxt sənin dar günündə dayağın ola bilməz və hər zaman üzünə gülərək ayağının altını qazmağa davam edəcək. Necə ki, hazırda İran rejimi Azərbaycan Cümhuriyyətinə qarşı bu strategiyanı yürüdür.

Ülviyyə, Hurriyyet.az