📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran və İraq arasında uçuşlar bərpa olunacaq

2026-10-04 10:37:02

İran və İraq arasında uçuşlar  bərpa olunacaq

İran və İraq arasında qarşılıqlı aviareyslər  bərpa ediləcək.

Hurriyyet.net xəbər verir ki, bunu İran Mülki Aviasiya İdarəsinin rəhbəri Əbuzər Şirudi açıqlayıb.

Belə ki, Şirudi iki ölkə arasında hava nəqliyyatının oktyabrın 4-dən etibarən yenidən fəaliyyət göstərəcəyini bildirib.

Qeyd edək ki, İraq ABŞ-nin İrana qarşı tətbiq etdiyi mülki aviasiya sanksiyalarının bir hissəsi çərçivəsində İrandan Bağdad və Nəcəfə uçuşları dayandırmışdı.

Daha sonra İraq hökuməti İran aviaşirkətlərinin Nəcəf Beynəlxalq Hava Limanından uçuşları bərpa etməsinə imkan verən istisna ilə bağlı Vaşinqtonla razılığa gəldiyini açıqlayıb.