İran və Rusiya qaz qovşağını müzakirə edirlər
Tehranda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak “Qazprom”un LNG-mayeləşdirilmiş qaz istehsalı üçün İranın Kiş və Qərbi Pars yataqlarının işlənməsi və sonradan dünya bazarına tədarükü planlarından danışıb.
Bundan əlavə, baş nazirin müavini iki ölkə arasında İslam Respublikasının cənubunda elektron qaz ticarəti platformasının yaradılması üzrə aparılan danışıqlar barədə məlumat verib. Rusiya rəsmisinin sözlərinə görə, elektron ticarət üzərindən Rusiya şirkətləri ilə birgə hasil olunacaq qazın ticarəti mümkündür.
Eyni zamanda, İranın neft naziri Cavad Ouci bu gün bildirib ki, Moskva və Tehran İslam Respublikasında on yeni neft və qaz yatağının işlənməsi perspektivlərini müzakirə ediblər.
Rusiya və İran arasında birgə neft-qaz layihələrinin ümumi dəyəri ən azı 40 milyard dollardır.
Ülviyyə, Hurriyyet.az