İran və Rusiya Qırmızı dənizdə güclənir: İsrail və ABŞ buna qarşı çıxır, Ukrayna narahatdır
İran Hərbi Dəniz Qüvvələrinin aktivləşməsi Qırmızı dənizdəki beynəlxalq ticarət yollarını təhlükə altına qoyur. Bu barədə İsrail ordusundakı yüksək rütbəli mənbələr bildirib. Qeyd olunur ki, bu təhlükəni zərərsizləşdirmək üçün İsrail kəşfiyyat xidmətləri Pentaqonla sıx əməkdaşlıq edir.
2The Africa Report” üç il əvvəl məsələni bu cür şərh etmişdi: “Qırmızı dəniz qlobal iqtisadiyyat üçün həyati bir arteriyadır. Hər il dəniz yüklərinin 10%-dən çoxu, Asiyanın Avropa ilə ticarətinin böyük hissəsi də daxil olmaqla Qırmızı dəniz sularından keçir”. Misirin Süveyş kanalı və İsrailin Eylat və Aşdod limanları vasitəsilə yüklər Avropadan Aralıq dənizilə Qırmızı dənizə və daha sonra Hind okeanı vasitəsilə Cənubi və Şərqi Asiyaya, eləcə də əks istiqamətdə daşınır.
2023-cü ilin fevralında Ukraynanın “Fokus” nəşri Rusiya Federasiyasının Qırmızı dənizdə, xüsusən də Sudanda hərbi-dəniz bazasının tikintisi vasitəsilə möhkəmlənmək istəyinin artdığını qeyd edib. Demokratik dünya və xüsusən də Ukrayna üçün Kremlin dünyanın əsas nəqliyyat arteriyalarından birinin ərazisində hərbi iştirakı vasitəsilə dünya ticarətinə təsirinin artması vacibdir”, deyə nəşr vurğulayır.
Rusiya və İranla yanaşı, Çin də Qırmızı dəniz sahillərində möhkəmlənmək üçün səylər göstərir.
Göründüyü kimi, Sudanda ötən ay başlayan müharibə də Qırmızı dəniz ticarət yollarına nəzarət uğrunda mübarizəsi ilə bağlıdır.
Ülviyyə, Hurriyyet.az