📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

2024-03-29 11:35:55

İran xarici hərbi qüvvələrin Xəzər ətrafına gəlməsinə qarşıdır

Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzər ətrafında üçüncü ölkələrin öz hərbi təsirini gücləndirməli olmamalarını bəyan edib. Onun sözlərinə görə, bu region ölkələrinin maraqlarına uyğun deyil.
İran XİN-in verdiyi məlummata görə,  Abdullahiyan bu açıqlamanı tükmənistanlı həmkarı Rəşid Meredovla görüşündə verib: "Əmir Abdullahiyan bəzi üçüncü ölkələrin Xəzər dənizindəki hərbi varlığını təmin eləmək səylərinin regionun maraqlarına zidd olduğunu bildirib".
İran XİN rəhbəri region dövlətlərinin -  Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hökumət rəhbərlərinin iştirakı ilə növbəti Xəzər İqtisadi Forumunun keçirilməsini təklif edib. Bu qəbildən olan əvvəlki forum 2022-ci ilin oktyabrında Moskvada keçirilmişdi.
Hürr Tərcüman