İran Xəzər dənizində hərbi təlimlərə başladı
2022-07-08 20:39:00
Hurriyyet.az xəbər verir ki, İran Xəzər dənizində hərbi təlimlərə başlayıb. Bu barədə məlumatı İRNA agentliyi yayıb.
“Daimi təhlükəsizlik 1401” adlanan təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmiləri, pilotlu və pilotsuz aviasiya, həmçini elektron hərbi sistemlər iştirak edirlər.
Hər il keçirilən təlimlərdə məqsəd hərbi qüvvələrin qarşılıqlı əlaqə vərdişlərini gücləndirmək və təcrübə mübadiləsi etməkdir.
Hürr Tərcüman