İran XİN: "ABŞ-dan zəmanət istəyirik"
2021-11-08 14:36:00
İran XİN sözçüsü Səid Xətibzadə bugün keçrilən mətbuat konfransında bəzi ABŞ rəsmilərinin nüvə sazişi son iddiaları ilə bağlı, “ABŞ, nüvə sazişi üzvü olmadığını və sazişin diğər üzvlərinə qarşı tələb qoya bilməyəcəyini anlamalıdır”, deyə bildirdi.
Xətibzadə, “Mövcud ABŞ administrasiyasından məruz qaldığımız addımlar onların elan etdikləri tədbirlərə əksdir. Vaşinqtonun nüvə sazişinə qayıtmaq yolu açıqdır. Onlar qəddarcasına tətbiq etdikləri sanksiyaları ləğv etməlidirlər və ABŞ heç bir hökümətinin dünya və beynəlxalq hüququ tapdamaq, bu davranışları təkrar etməyəcəyinə dair zəmanət verməlidir”, deyə ifadə etdi.
Ülviyyə, Hurriyyet.az