İran XİN başçısı “Hizbullah” rəhbəri ilə görüşüb
2023-11-23 13:58:08
Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Livana səfəri zamanı “Hizbullah” şiə partiyasının baş katibi Həsən Nəsrullah ilə görüşüb.
Bu barədə “Əl Manar” telekanalı məlumat verib.
Kanalın verdiyi xəbərə görə, tərəflər Qəzzadakı vəziyyəti müzakirə ediblər.
İran XİN rəhbəri dünən Livana elan edilməmiş səfər edib. Ondan bir neçə saat əvvəl isə HƏMAS hərəkatının nümayəndə heyəti paytaxt Beyrut şəhərinə varid olub. HƏMAS təmsilçiləri də Həsən Nəsrullah ilə görüş keçiriblər.
Hürr Tərcüman