📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran XİN: Belarus Prezidenti Aleksandr Lukaşenko Tehrana gedəcək

2022-10-26 20:11:00

İran XİN: Belarus Prezidenti Aleksandr Lukaşenko Tehrana gedəcək

Hurriyyet.az xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun tezliklə Tehrana səfər edəcəyini bildirib.

İranın Fars informasiya agentliyinin yazdığına görə, Abdullahiyan deyib: “Belarus Prezidenti Aleksandr Lukaşenko tezliklə İrana gələcək. Səfər zamanı, digər sənədlərlə yanaşı, İranla Belarus arasında hərtərəfli uzunmüddətli əməkdaşlıq barəsində aktlar imzalanacaq”.

Hürr Tərcüman