İran XİN naziri Əmir Abdullahiyan prezident Putinin prezident Rəisi ilə görüşünə razılıq aldı
Moskva və Tehran İran prezidenti İbrahim Rəisi ilə Rusiya prezidenti Vladimir Putinin görüşünün təşkil olunması barədə razılıq əldə ediblər. Bu barədə Moskvadakı görüşün ardından İran XİN naziri Əmir Abdullahiyan mətbuat konfransında açıqlama verib.
"Biz ümid edirik ki, yaxın gələcəkdə ölkələrimizin preizdentləri iki paytaxtdan birində göörüş keçirə bilərlər. Bu mövzuda bizim razılaşma əldə etdiyimiz sübut edir ki, ölkələrimiz arasında münasibətlər strateji xarakter daşıyır. Biz Rusiyanı İranın strateji tərəfdaşı kimi qəbul edirik", deyə İran XİN başçısı Rusiya XİN başçısı Sergey Lavrovla görüşün nəticələrini şərh edərək bildirib.
Abdullahiyanın sözünə görə, Rusiya İranın xarici siyasətində prioritet yer tutur. O ikitərəfli münasibətlərin bütün istiqamətlərdə inkişafına ümidli olduğunu ifadə edib.
Ülviyyə, Hurriyyet.az