📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran XİN rəhbəri Livana gedir

2023-10-12 14:35:53

İran XİN rəhbəri Livana gedir

İran XİN rəhbəri Livana gedir. Bu barədə “Tasnim News” xəbər verir.

Xəbər agentliyinin məlumatına görə, İranın Livandakı səfiri Müctəba Əmini ölkəsinin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın bu gün Livana səfər edəcəyini açıqlayıb.

Məlumata görə, səfər zamanı Livan-İsrail sərhədindəki vəziyyət, o cümlədən İsrail və HƏMAS arasındakı hərbi münaqişə müzakirə ediləcək.

Ülviyyə, Hurriyyet.az