📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İran yaxınlığında 40 min amerikalı hərbçi var" - Rubio

2026-01-29 11:53:54

İranın yaxınlığında təxminən 40 min amerikalı hərbçi yerləşir və Vaşinqton bölgədəki vəziyyəti yaxından izləyir.

"AzPolitika" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

ABŞ dövlət katibi vurğulayıb ki, Prezident Tramp üçün əsas prioritet müdafiədir və İran tərəfindən yarana biləcək mümkün təhdidlərə qarşı bütün ssenarilər nəzərdən keçirilir.

İranın xarici işlər naziri Abbas Əraqçı isə ölkəsinin hərbi gücünə diqqət çəkərək bildirib ki, silahlı qüvvələr istənilən hücuma dərhal və qətiyyətlə cavab verməyə hazırdır. Onun sözlərinə görə, İranın ərazi bütövlüyünə, hava məkanına və dəniz sərhədlərinə qarşı hər hansı təcavüz sərt şəkildə cavablandırılacaq.