İran yenə jurnalist diliylə təhdid edir: İranla Rusiya arasında hərbi anlaşma...
2023-06-13 11:23:00
Mütəmadi olaraq Azərbaycana qarşı qərəzli açıqlamaları ilə tanınan iranlı media fəalı Reza Abbasi bu dəfə də ənənəsini pozmayıb və İranla Rusiyanın hərbi əməkdaşlığına dair rəsmi Bakıya ünvanlanmış sətiraltı mesaj yayınlayıb. O, təhdidvari açıqlamasını "Tvitter"də yazıb:
"İran və Rusiya arasında hərbi müqavilələr təkcə bir neçə "Suxoy" qırıcısı ilə məhdudlaşmır və yaxın gələcəkdə biz İranla Rusiya arasında sualtı donanma, zirehli texnika, helikopter donanması, hava hücumundan müdafiə sistemləri və sahil müdafiəsi kimi sahələrdə sıx əməkdaşlığın şahidi olacağıq".
Ülviyyə, Hurriyyet.az