📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran yenə öz dəsti-xəttində: Güneyli fəal həbs edildi

2022-06-29 12:52:00

İran yenə öz dəsti-xəttində: Güneyli fəal həbs edildi

Kəleybərli sənətçi və milli-mədəni fəal Mahmud Mahmudi (Ərkin Haray) İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Güneyli fəallar Mahmudinin iyunun 21-də saxlanıldığını, onun tutulmasından bir neçə gün sonra bu barədə məlumat əldə edə bildiklərini bildiriblər.
Xəbərdə milli fəalın saxlanma səbəbləri ilə bağlı təhlükəsizlik idarəsinin məlumat vermədiyi, ancaq Babək qalasına illik yürüşə hazırlıq işlərinə görə həbs edildiyinin güman edildiyi qeyd olunub.
Mahmud Mahmudi bundan öncə də Babək qalasına yürüş mərasimlərinə görə, təhlükəsizlik idarəsi tərəfindən çağırılıb və həbs edilib.

Ülviyyə, Hurriyyet.az