📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

 İran yenə Türkiyə ilə Azərbaycana qarşı açıq düşmənçilik mesajı verdi

2023-04-20 12:46:00

 İran yenə Türkiyə ilə Azərbaycana qarşı açıq düşmənçilik mesajı verdi

 İran Türkiyə və Azərbaycana qarşı açıq düşmənçilik mesajı verməkdə davam edir. Belə ki, İranda erməni kilsələrindən birinin üzərinə vurulan "NATO-nun Turan dəhlizi soyqırımın təkrarı üçün zəmin yaratmaqdır" yazılı plakatda Zəngəzur dəhlizinin açılması "erməni soyqırımının" təkrarı kimi qeyd olunur.
"Turan dəhlizi”- İslam Respublikası və mərkəzçilərin anti-türk ideyalarını bu ad altında gizlətmək üçün Zəngəzur Dəhlizinə verdikləri addır.
Osmanlı dövləti ilə əlaqələndirilən qondarma "erməni soyqırımı" iddiasının ildönümü olan 24 aprel öncəsi belə bir plakatın  quraşdırılması Tehran hökumətindən  Azərbaycana və Türkiyəyə açıq düşmənçilik mesajıdır.
Tehranın siyasi və hərbi rəsmiləri, xüsusən Xameneyi Zəngəzur dəhlizinin açılmasını İranın qırmızı xətti adlandırıb və dəfələrlə Azərbaycanı hərbi müdaxilə ilə hədələyib. Amma Azərbaycan bu dəhlizin açılması işini ciddi şəkildə davam etdirir və beynəlxalq birlik də bunu müsbət qarşılayaraq Azərbaycanla Ermənistan arasında daimi sülh üçün zəmin yaratmağa çalışır.

Ülviyyə, Hurriyyet.az