📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran yenidən bombalanacaq - Tehran böyük hücuma hazırlaşır

2026-10-03 21:22:44

İran yenidən bombalanacaq - Tehran böyük hücuma hazırlaşır

İran ABŞ-nin mümkün yeni və əvvəlkilərdən daha genişmiqyaslı bombardmanlarına hazırlaşır.

Musavat.com xəbər verir ki, Bloomberg bu barədə İran hakimiyyətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İran ağır iqtisadi vəziyyətə baxmayaraq, mümkün yeni hücumlara cavab vermək imkanına malikdir.

İran rəsmisi bildirib ki, ABŞ-nin sanksiyaları və dəniz blokadası ölkənin iqtisadi vəziyyətini ciddi şəkildə ağırlaşdırır. Bununla belə, ölkə mövcud reallıqlara uyğunlaşır.

Tehran mümkün yeni bombardmanların əvvəlkilərdən daha genişmiqyaslı ola biləcəyini nəzərə alaraq hazırlıq görür.

İran tərəfi iqtisadi təzyiqlərə baxmayaraq, mümkün hərbi zərbələrə cavab verməyə qadir olduğunu bildirir.