İrana casusluq edənlərin ifşa olunan ƏMƏLLƏRİ – DETALLAR - VİDEO
2022-11-14 11:00:00
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırmaları zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən bir qrup şəxs ifşa olunub.
Hurriyyet.az xəbər verir ki, araşdırmalar nəticəsində barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib.
bizim.media