İrana KİBERHÜCUM: Televiziya və radioları ələ keçirdilər
2022-01-27 20:08:00
Bu gün İranın bir neçə televiziya və radiosuna kiberhücum edilib.
Bu barədə İranın dövlət yayım şirkəti olan İRİB məlumat yayıb.
İlk hücum İRİB tərkibindəki “Birinci Kanal”a edilib. Belə ki, televiziyanın yayımı anidən kəsilib, efirdə terror təşkilatlarından birinin liderinin şəkli nümayiş etdirilib.
“Ava”, “Quran”, “Payam” və “Cavan” radiolarında isə bir neçə saniyə terrorçuların şüarları səsləndirilib. \\Bizim.media