"İrana qarşı hərbi əməliyyat tezliklə başa çatacaq" - Tramp
2026-04-02 11:51:49
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın tezliklə başa çatacağını bildirib.
Tramp çıxışında bildirib ki, ABŞ ordusu artıq İranda qələbə qazanıb:
“Hərbi əməliyyat çox tezliklə başa çatacaq, İrana qarşı ağır zərbələr növbəti iki-üç həftə ərzində davam edəcək. Biz İranı aid olduqları Daş dövrünə qaytarmaq niyyətindəyik”, -deyə Tramp bildirib.