İrana qarşı hücum planı - ABŞ qırıcıları İsrailə yardıma getdi
2024-10-10 14:58:14
Hurriyyet.az TASS informasiya agetliyinə istinadla xəbər verir ki, ABŞ F-15E qırıcılarını Yaxın Şərqə göndərib. Bu barədə "Air & Space Forces Magazine" nəşri məlumat verib. Nəşrin məlumatına görə, Vaşinqton Tehranın raket zərbələrindən sonra İsrailin İrana qarşı hücum planını dəstəkləmək üçün CENTCOM (ABŞ SQ-nin Mərkəzi Komandanlığı) qüvvələrinin məsuliyyət zonasına əlavə qırıcılar göndərib.
ABŞ Silahlı Qvvələrinin Mərkəzi Komandanlığının X səhifəsindəki məlumatda, ABŞ HHQ-nin Aydaho ştatındakı bazasındakı F-15E hərbi təyyarələrinin münaqişənin alovlanması ilə əlaqədar Yaxın Şərqə getdikləri bildirilir.
Bundan əvvəl Pentaqon Yaxın Şərq regionuna F-16, F-15E və A-10 hərbi təyyarələrini göndərmişdi.
Hürr Tərcüman