İrana qarşı müharibə nə vaxt bitəcək? - Tramp açıqladı
2026-03-09 16:54:09
ABŞ lideri Donald Trump diqqətçəkən açıqlama verərək bildirib ki, İran ilə bağlı müharibənin nə vaxt bitəcəyinə son qərarı özü verəcək.
O, İranla bağlı hücumların nə vaxt dayandırılacağı barədə dəqiq tarix açıqlamayıb.
Tramp bildirib ki, hücumların dayandırılması ilə bağlı qərarı bütün amilləri nəzərə alaraq doğru zamanda verəcək.
“Son qərarı mən verəcəyəm, amma Benyamin Netanyahunun fikirlərini də nəzərə alacağam. Birlikdə işlədik və İsraili yox etmək istəyən bir ölkəni məhv etdik", - Tramp qey edib.
ABŞ-nin müharibəni dayandıracağı təqdirdə İsrailin hücumları davam etdirib-etdirməyəcəyi barədə suala isə Tramp belə cavab verib:“Bunun lazım olacağını düşünmürəm.”