📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər

2026-10-26 15:38:29

İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər

Yaxın Şərqdə yerləşdirilmiş ABŞ qoşunları Prezident Donald Trampdan əmr aldıqdan sonra 96 saat ərzində İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazırdır. 

Hurriyyet.net  xəbər verir ki, bu barədə CNN telekanalı iki rəsmi mənbəyə istinadən məlumat yayıb. 

Kanalın həmsöhbətlərinin sözlərinə görə, regionda İrana qarşı potensial hücumların həyata keçirilməsi üçün kifayət qədər qüvvə yerləşdirilib.

“Yeni hərbi əməliyyatların miqyası, ehtimal ki, İranın radarlarının, raketburaxıcı qurğularının və tez bərpa oluna bilən digər obyektlərinin vurulması ilə məhdudlaşmayacaq”, - məlumatda deyilir. 

Hərbi planların müzakirəsindən xəbərdar olan digər rəsmilər isə Trampın əmrinin zaman məsələsi olduğunu iddia ediblər.

Bildirilir ki, əmr istənilən an verilə bilər, lakin, bu, çox güman ki, ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkilərindən sonra baş verəcək.