📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrana Qasim Süleymani üzərindən VERİLƏN MESAJ...

2024-01-04 12:57:04

İrana Qasim Süleymani üzərindən VERİLƏN MESAJ...

Fuad Qəhrəmanlı: "İlk andan diqqəti İŞİD və Səudiyyə Ərəbistanının dəstəklədiyi radikal qruplara yönəldilməsi onu göstərir ki, İran rejimi bu hadisəyə görə öz üzərinə qisas öhdəliyi düşməsini istəmir, çünki..."

"Dünən İranda terror aktı nəticəsində 103 nəfər ölüb, 200-ə qədər insan yaralanıb. 2020-ci ilədə öldürülmüş general Qasim Süleymaninin anım günündə keçirilən yürüşdə törədilən partlayışın qurbanlarının sayının belə çox olması onu göstərir ki, əməliyyat çox profesional şəkildə planlanıb və həyata keçirilib. Çünki Qasim Süleymani ilə bağlı keçirilən dünənki tədbir İran hakimiyyəti üçün çox böyük mənəvi-siyasi əhəmiyyət daşıdığına görə, bu mərasimin təhlükəsizliyinin təmin edilməsi də ən yüksək səviyyədə diqqət mərkəzində olub. Ancaq buna baxmayaraq, teror təşkilatçıları iki kisədə yürüş olan əraziyə böyük həcmdə uzaqdan idarə olunan partlayıcı yerləşdirə bilib". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı bildirib. 

Siyasi şərhçinin qənaətincə, bu hadisə bir daha onu göstərdi ki, İranın daxili təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi açıqları var: "Bundan öncə də İran daxilində dronlar vasitəsilə ilə hərbi obyektlərə zərbə vuran, nüvə alimlərini qətlə yetirən əməliyyatlar olub və daxili təhlükəsizlik qurumları bunların qarşısını ala bilməyiblər. Xüsusi ilə də nəzərə alsaq ki, bu partlayış İran hakimiyyətinin vuran əli hesab olunan bir generalın anım mərasimində törədilib, o zaman hadisənin birbaşa rejimim prestijini hədəf aldığını da demək olar. Hələ ki, rəsmi olaraq nə kimsə bu terrora görə məsuliyyəti öz üzərinə götürüb, nə də ki, İran hakimiyyəti konkret bir ünvan göstərib. Ancaq ölkə telekanallarda ilk andan diqqəti İŞİD və Səudiyyə Ərəbistanının dəstəklədiyi radikal qruplara yönəldilməsi onu göstərir ki, İran rejimi bu hadisəyə görə öz üzərinə qisas öhdəliyi düşməsini istəmir. Çünki indiki həssas məqamda İsrail və ya ABŞ-ın suçlanması İranı mütləq bu dövlətlərə qarşı hansısa cavab tədbirləri görmək zorunda buraxardı. Ancaq ABŞ və İsrailin İranın belə bir addımına qarşı indiki həssas məqamda çox sərt qarşılıq verəcəyi ehtimalını nəzərə alan Tehran çalışır ki, öz prinsiplərini qurban vermək bahasına olsa da, özü üçün ağır nəticələr verə biləcək qarşıdurmadan yayınsın. Biz İranın Həmas və İsrail savaşında da necə çəkingən davranıb əvvəlki bəyanatlarına zidd hərəkət edərək birbaşa müdaxilədən çəkindiyi gördük. Eyni yanaşma 4 il öncə də baş vermişdi. Qasim Süleymani öldürülərkən İran öncədən xəbərdar etməklə İraqda yerləşən boşaldılmış ABŞ bazalarının yaxınlığına bir neçə raket atmaqla öz daxili ictimai rəyini qisas aldığına inandırmışdı. İndi də güman ki, İran Suriyada harasa bir iki raket ataraq İŞİD-ə cavab verdiyini öz daxili ictimai rəyinə göstərməyə çalışacaq".

Fuad Qərhəmanlı hesab edir ki, İŞİD-in belə miqyasda bir əməliyyat keçirmək imkanı şübhə doğurur: "Bu səbəbdən də terror vasitəsi ilə İran hakimiyyətinə regiondakı hazırkı vəziyyətlə bağlı mesaj verildiyi ehtimalı daha inandırıcı görünür. Məhz İranın xaricdəki hərbi əməliyyatlarına rəhbərlik etmiş Qasim Süleymaninin anım mərasimi hədəf seçilməklə, Tehran hakimiyyətinə öz proksi qüvvələri vasitəsilə ilə Orta Şərqdə gərginliyin artırılması cəhdlərindən geri durmaq barədə xəbərdarlıq edildiyini güman etmək olar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az