📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda 3 sünni din xadimi həbs edildi

2023-02-16 16:53:00

İranda 3 sünni din xadimi həbs edildi

İranda sünni din xadimləri həbs edilib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı Bəluc Fəalları Kampaniyasına istinadla məlumat yayıb. 

Bildirilib ki, Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində Rza Rəxşani və Əbdülrəuf adlı bəluc din xadimləri təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq naməlum yerə aparılıblar. 

Onların həbs səbəbləri barədə açıqlama verilməyib.