İranda ağır qəza - onlarla pakistanlı həlak oldu
2024-08-21 12:29:41
Hurriyyet.az xəbər verir ki, İranın Yəzd vilayətində, sərhəd məntəsinin yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər pakistanlı zəvvar həlak olub, 18 nəfər yaralanıb. Avtobusda 53 nəfər sərnişin olub. Bu barədə "Arab Nyus" kanalı məlumat verib.
Yaralılar xəstəxanaya çatdırılıb.
İlkin versiyaya görə, qəzanın başvermə səbəbi əyləc sistemindəki problem olub. Hadisə yerinə xilasedicilərlə polislər gediblər. Araşdırma aparılır.
Hürr Tərcüman