📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda ayətullah qətlə yetirilib

2023-04-26 15:48:00

İranda ayətullah qətlə yetirilib

Hurriyyet.az xəbər verir ki, İranın Ekspertlər Şurasının (ali dini lideri seçən xüsusi dövlət orqanı) üzvü ayətullah Abbas Əli Süleymani çərşənbə günü ölkənin şimalında yerləşən Mazandaran vilayətində silahlı hücum zamanı qətlə yetirilib. Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Agentliyin verdiyi məlumata görə, qətl hadisəsi aprelin 26-da səhər saatlarında Babolser şəhərində baş verib. Polis qətli törədən şəxsi saxlayıb. Mazandaranın təhlükəsizlik qüvvələri qətl faktını təsdiq etsələr də, hadisənin motivləri hələlik açıqlanmır.

Süleymani bu yaxınlara qədər İranın ali dini lideri Əli Xamaneinin Kaşan şəhərində (İsfahan vilayəti), Sistan və Belucistan vilayətlərində nümayəndəsi olub.

Hürr Tərcüman