📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda azərbaycanlı zabitlər həbs olundu

2022-10-08 14:49:00

İranda azərbaycanlı zabitlər həbs olundu

Təbriz və Mərənddə azərbaycanlı zabitlərin həbs olunduğu barədə məlumat yayılıb.

Hurriyyet.az bildirir ki, məlumatda Təbrizdə yerləşən xüsusi təyinatlı qüvvələrin 121-ci briqadası və Mərəndin 321-ci briqadasının 19 azərbaycanlı zabit və hərbçisinin həbs edildiyi deyilir.

Həbslərin SEPAH-ın Kəşfiyyat Təşkilatı və İran Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının kəşfiyyat bölməsinin əməkdaşlığı ilə həyata keçirlidiyi qeyd olunub.

Məlumat barədə hələlik rəsmi açıqlama verilməyib və İran mediası xəbər yaymayıb.