İranda bəluclar yenidən üsyana qalxdılar
İranın Sistan və Bəlucistan əyalətində yenidən kütləvi aksiyalar başlayıb.
Hurriyyet.az "Azad İran"-a istinadən xəbər verir ki, İranın bu əyalətinin Fənuc şəhərində etnik bəluclar dövlət orqanlarının binalarına və təhlükəsizlik orqanların məntəqələrinə hücum ediblər.
Təhlükəsizlik qüvvələri etirazları yatırmaq üçün odlu silahdan istifadə ediblər. Toqquşma zamanı ölənlərin və yaralananların olduğu bildirilir.
Məlumata görə, ötən gecə Sistan və Bəlucistan əyalətində molla rejiminin hərbi qüvvələrinin Fənuc şəhərində törətdiyi cinayətdən sonra etnik bəluclar bu cinayətə etiraz olaraq polis idarəsini mühasirəyə alıblar.
Qeyd edək ki, polis qüvvələrinin muzdluları motosiklet sürən 4 gəncin üstündən keçib və yaralıların vəziyyətinin ağır olduğu bildirilir. /cebheinfo.az/