İranda bəy və gəlinlər əllərində silahla meydana axışdı - VİDEO
2026-09-19 10:04:19
Tehranda bəy və gəlinlər dövlət tədbirinə əllərində silahla qatılıblar.
Hurriyyet.media xəbər verir ki, İSNA agentliyi Tehranın İnqilab meydanında keçirilən "İranın canfəda" mərasimindən görüntülər yayımlayıb.
Videoda tədbirə qatılan "fədai" gəlin və bəylərin əllərində silah tutduqları əks olunub.
Hökumətə bağlı media iştirakçıların sayının 313 min nəfər olduğunu iddia etsə də, bu rəqəm müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.