📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İranda bəzi təsirli dairələr yeni və daha böyük gərginlik yaratmağa çalışırlar" - NAZİM CƏFƏRSOY

2023-04-12 11:01:00

"Bu təxribatın Ermənistan ordusundakı revanşistlər və onların Moskvadakı bəzi havadarları ilə əlaqəsi olması yüksək ehtimaldır"

"Ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verənlər prezidentin Qazaxıstanda sülh prosesi ilə bağlı dediyi müsbət gedişatı növbəti dəfə sabotaj etmə cəhdidir". Hurriyyet.az-ın məlumatına görə, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy bildirib.

Politoloq hesab edir ki, bu təxribatın Ermənistan ordusundakı revanşistlər və onların Moskvadakı bəzi havadarları ilə əlaqəsi olması yüksək ehtimaldır: "Yenə bu sabotajda Tehranın barmağının olduğunu İran PUA-larının bu döyüşdə iştirakına dair müəyyən bilgilər göstərir. Tehranda xüsusilə SEPAH və onun dövlət içindəki uzantıları Azərbaycan -İran münasibətlərini mümkün mərtəbə gərginləşdirməyə davam edirlər. Bayramov-Abdullahian görüşündə çıxan normallaşma istiqamətindəki iradə bəyanı və Ərdoğan-Rəisi telefon danışığından sonra belə, bu cür hadisə İranda bəzi təsirli dairələrin yeni və daha böyük gərginlik yaratmağa çalışdıqlarından xəbər verir. Bir sözlə, İranla münasibətlərdə ciddi təhlükələr var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az