📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda casusluq əməliyyatı - 500 nəfər həbs edilib

2026-03-16 13:31:16

İranda casusluq əməliyyatı - 500 nəfər həbs edilib

İran polisi İsrail və ABŞ üçün casusluq fəaliyyəti göstərməkdə şübhəli bilinən yüzlərlə şəxsin saxlanıldığını açıqlayıb.

İranın polis rəisi Ahmadreza Radan bildirib ki, ölkə üzrə ümumilikdə 500 nəfər casusluq ittihamı ilə həbs edilib. 

Onun sözlərinə görə, saxlanılan şəxslərin İsrail və ABŞ üçün məlumat topladığı, xüsusilə hücum hədəfləri ilə bağlı görüntü və koordinat məlumatlarını xaricə ötürdüyü iddia olunur. Polis rəisi həbslərin dəqiq hansı tarixlərdə həyata keçirildiyini açıqlamayıb.

Açıqlamada qeyd olunub ki, İsrail və ABŞ İranı zəiflətmək məqsədilə casus və muzdlu qüvvələri hərəkətə gətirərək ölkə daxilində iğtişaşlar yaratmağa çalışır.