📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda da Rusiyadakı kimi “Instagram” və “WhatsApp” şəbəkələri əngəlləndi

2022-09-22 13:49:00

İranda da Rusiyadakı kimi “Instagram” və “WhatsApp” şəbəkələri əngəlləndi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, “Instagram” sosial şəbəkəsi  ilə  “WhatsApp” messencerinin fəaliyyəti dövlət orqanları tərəfindən əngəllənib. Hər iki şəbəkə Ukraynada müharibə başladıqdan sonra  Qərbin sanksiyaları fonunda Rusiyada ekstremist elan edilərək fəaliyyəti qadağan edilmiş Meta korporasiyasına məxsusdur.

“Fars” agentliyinin yazdığına görə, bu proqramlar çərşənbə günü axşamdan bəri İran ərazisində işləmir.

Hakimiyyət bu addımının səbəbinin “milli təhlükəsizliyin əsaslarını dağıdan müxalif elementlərin fəaliyyətinin” bu platformalar vasitəsi ilə gerçəkləşməsi olduğunu bildirir.

Hürr Tərcüman