İranda da zəlzələ baş verdi
2023-02-28 23:14:00
İranın Fars ostanında 4,6 bal gücündə zəlzələ baş verib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə İran Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 19:28-də, 10 km dərinlikdə meydana gəlib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.