📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda din adı altında fahişəlik təbliğ edilir

2022-07-20 12:50:00

İranda din adı altında fahişəlik təbliğ edilir

İranda din adı altında fahişəliyin təbliği davam edir və İran Qadın Seminariyalarının Siyasət Şurasının üzvü bununla bağlı konfranslar keçirir. Belə ki, bir neçə vəzifə daşıyan və molla hökumətinin məşhur "ailə məsləhətçisi" olan doktor Fəriba Əlasvəndin son seminarı ilə bağlı yayılan elanda ev sahibi və kirayəçi münasibətlərindən danışacağı  bildirilib.
İran hökumətinin "ailə məsləhətçisi"nin yeni seminarı ilə bağlı elanda mövzu başlığı "İcarə haqqı müqabilində kirayəçi ilə ev sahibi arasında bağlanan müvəqqəti nikahın hüquqi əsasları" göstərilib.
Konfrans iyulun 12-də Tehranda Xomeyni Beynəlxalq Universitetinin toplantı salonunda keçirilib.

Ülviyyə, Hurriyyet.az