📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda Əfqanıstanla bağlı görüş keçiriləcək

2021-10-25 15:09:00

İranda Əfqanıstanla bağlı görüş keçiriləcək

“Taliban”: “Hələ dəvət edilməmişik”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, taliblər Əfqanıstandakı vəziyyətlə bağlı oktyabrın 27-də İranda keçiriləcək görüşə dəvət edilməyiblər.

Əfqanıstanın Mədəniyyət naziri və “Taliban”ın mətbuat katibi Zabiulla Mücahid hələ görüşə dəvət almadıqlarını bəyan edib.

Mücahid İrandakı görüşün Əfqanıstan üçün faydalı olacağını hesab elədiyini söyləyib.

İranın Kabuldakı səfirliyi isə Əfqanıstana qonşu olan ölkələrin görüşünün oktyabrın 27-də Tehranda keçiriləcəyini bildirib.

Görüşdə Pakistanın, Çinin, Tacikistanın, Türkmənistanın, Özbəkistanın və Rusiyanın nümayəndələri iştirak edəcəklər. Görüşdə Əfqanıstanda inklüziv milli hökumətin qurulması və müharibənin başa çatması məsələləri müzakirə ediləcək.

Bundan əvvəl, oktyabrın 20-də Rusiyada Əfqanıstan məsələləri üzrə Moskva formatında görüş keçirilib. Görüşdə Rusiyanın, Türkmənistanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Tacikistanın, Pakistanın, Çinin, Hindistanın və İranın nümayəndələri iştirak etmişdilər. Moskvadakı görüşdə müvəqqəti hökumətin Baş nazirinin müavini vəzifəsini icra edən Əbdül Salam Hənəfinin başçılıq elədiyi “Taliban” nümayəndə heyəti də iştriak etmişdi. Moskva görüşünün iştirakçıları Əfqanıstanın yeni rəhbərliyini inklüziv hökumət qurmağa çağırmışdı.

Hürr Tərcüman