📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda etirazlar zamanı ölənlərin sayı ilə bağlı rəsmi açıqlama verildi

2022-11-29 22:01:00

İranda etirazlar zamanı ölənlərin sayı ilə bağlı rəsmi açıqlama verildi

Hurriyyet.az xəbər verir ki, İran hökuməti ölkədəki etirazlar zamanı həlak olanların sayı barəsində ilk dəfə rəsmi açıqlama verib. Bu barədə məlumatı “Assoşieyted Press” agentliyi yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən biri olan Əmir Əli Hacızadə asayiş keşikçiləri də daxil olmaqla, 300-dən insanın öldürüldüyünü bildirilb. O, qurbanların çoxunun etirazlarda iştirak etməyən adi vətəndaşlar olduğunu söyləyib.

“İranda hüquq müdafiəçiləri” təşkilatı isə xəbər verib ki, iğtişaşlar zamanl 451 etirazçı, 60 nəfər asayiş keşikçisi həlak olub, 18 min nəfərdən çox adam saxlanılıb.

Hürr Tərcüman