İranda etirazlar zamanı saxlanılan daha bir nəfər edam edildi
2022-12-12 10:53:00
İranda iki təhlükəsizlik qüvvəsi əməkdaşının ölümündə ittiham edilən Məcidrza Rəhnavard edam edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, o, Məşhəd şəhərində xalq qarşısında edam edilib.
Qeyd olunub ki, İran İnqilab Məhkəməsi Məcidrza Rəhnavard barəsində 23 gün əvvəl ölüm hökmü çıxarıb. Hökm bu gün - dekbarın 12-də səhər saatlarında icra olunub.
Qeyd edək ki, bu, İranda etiraz aksiyaları zamanı saxlanılanlardan ikincisinin edamıdır. Bundan əvvəl Möhsün Şəkəri də edam olunmuşdu.
yeniavaz.com