İranda etirazları dağıtmağa cəlb edilən “Bəsici” uşaqlar xalq tərəfindən tərksilah edilir...
İranda repressiv qüvvələrin gücünün tükənməsi ilə hakimiyyət “Bəsici” hərbiləşmiş qruplaşmasına uşaqları küçələrə çıxarmaq məcburiyyətində qalıb. Xalq isə bir dəstə aldadılmış uşaqla nə edəcəyini bilmir. İranda etirazları dağıtmağa cəlb edilən “Bəsici” uşaqlar xalq tərəfindən tərksilah edilir.
Etirazçılar hökumət tərəfindən etirazçıları cəzalandırmaq üçün küçələrə göndərilən hökumətə bağlı “Bəsic” qüvvələrinə cəlb edilən uşaqları tərksilah ediblər. Halbuki, “Bəsici” usaqların repressiv qüvvə kimi etirazların yatırılmasına cəlb edilməsi beynəlxalq hüququn pozulması sayılır.
“Bəsici” uşaqlar bir vaxtlar İran-İraq müharibəsində mina meydanı açan qüvvə kimi istifadə edilmiş uşaq əsgərləri xatırladır. Onların bir çoxu o qədər azyaşlıdır ki, insanlar bu aldadılmış uşaqlarla nə edəcəklərini bilmirlər.
Ülviyyə, Hurriyyet.az