📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda fəhlələri daşıyan avtobus gülləbaran olunub - Ölən və yaralananlar var

2026-02-16 09:36:17

İranda fəhlələri daşıyan avtobus gülləbaran olunub - Ölən və yaralananlar var

İranın Zahidan şəhərində naməlum şəxslər mədən işçilərini daşıyan avtobusu odlu silahlardan atəşə tutublar.

APA İran mediasına istinadən xəbər verir ki, silahlı insident nəticəsində 2 nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Zahidan şəhər polis rəisi hücum edənlərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri görüldüyünü açıqlayıb.

Hadisənin motivləri ilə bağlı hələ ki, məlumat yoxdur.