📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda generalı qətlə yetirən şəxs edam olunub

2022-07-23 14:27:00

İranda generalı qətlə yetirən şəxs edam olunub

İranda polis generalını qətlə yetirən şəxs edam olunub.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Şiraz şəhərində polis generalı Əli Əkbər Rəncbəri qətlə yetirən şəxs bu gün səhər edam edilib.

Fars əyalətinin prokuroru seyid Kazim Musəvi deyib ki, edam cinayətin törədildiyi yerdə baş tutub.