📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda güclü zəlzələ oldu

2025-07-28 09:12:03

İranda güclü zəlzələ oldu

Bu gün səhər saatlarında İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,9 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri yerin 21 kilometr dərinliyində yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.