📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda hərbi obyekt PARTLADI

2022-05-26 23:12:00

İranda hərbi obyekt PARTLADI

İranın Tehran bölgəsizdə "Parçin" hərbi bazasında partlayış nəticədə iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bazanın istehsalat obyektlərindən birində qəza baş verib.

Partlayışda Müdafiə Nazirliyinin mühəndisi, ölkənin nüvə tədqiqatı sahəsində tanınmış mütəxəssisi Ehsan Qadbeygi  həyatını itirib.

Qeyd edək ki, Parçin bölgəsi İranın raket proqramının inkişafı ilə bağlı əsas mərkəzlərdən biridir.

İran rəsmiləri bundan əvvəl də bu obyektdə baş verən qəzaların detalları ilə bağlı dəqiq hesabat verməyib. \\APA