📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda iki tanınmış siyasi məhbus azad edilib – FOTO

2026-03-07 11:02:14

İranda iki tanınmış siyasi məhbus azad edilib – FOTO

İranda tanınmış siyasi məhbuslar Hüseyn Kərrubi və Əli Şəkuri-Rad azadlığa buraxılıblar. 

 

“AzPolitika” xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıblar. Bu, İrana qarşı hücumlar başlayandan bəri ilk belə faktdır.

Hüseyn Kərrubi parlamentin keçmiş spikeri Mehdi Kərrubinin böyük oğludur. O, 14 ildən çox ev dustaqlığında qalıb.

2026-cı ilin fevral ayında Kərrubi "düşmən mediası ilə əməkdaşlıq etmək" və hökumətə qarşı təbliğat aparmaq ittihamları ilə həbs edilib.

Əli Şəkuri-Rad isə İranda tanınmış islahatçı siyasətçidir. O, əvvəllər İran İslam Xalq Birliyi Partiyasının (əsas islahatçı partiya) baş katibi və parlament üzvü olub.

Şəkuri-Rad hökumətə qarşı sərt tənqidləri ilə tanınır. O da 2026-cı ilin fevral ayının əvvəlində baş verən etirazlarla bağlı həbs edilib. Siyasətçi həmin vaxt təhlükəsizlik qüvvələrinin hərəkətlərini sərt tənqid edib və bu açıqlamalardan qısa müddət sonra həbsə atılıb.