📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda insan orqanlarının satışı artıb

2023-08-04 12:21:00

İranda insan orqanlarının satışı artıb

İranda insan orqanlarının satışı artıb. Belə ki, ölkədəki ağır iqtisadi şərait və gələcəyə ümidin olmaması bir çox Iran vətəndaşını orqanlarını satmağa vadar edir.

Məlumata görə, bir böyrək, sümük iliyi, qaraciyərin dörddə biri və canlı insan orqanizminə köçürülə bilən istənilən orqan qara bazarda 500 milyon tüməndən (12 min dollar) 3 milyard tümən (70 min dollar) arasında satılır.

Ülviyyə, Hurriyyet.az