İranda İŞİD izi
2024-08-23 15:01:55
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, İran İslam Respublikasının dörd vilayətində ümumilikdə 14 nəfər İŞİD yaraqlısı saxlanılıb. Onlardan 7 nəfəri Fars vilayətində yaxalanıb. Bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat verib. Saxlanılanlar İŞİD-in "Vilayəti Xorasan" şaxəsinin üzvləri olub. Onların terror aktı törətməyə hazırlaşdıqları bildirilir.
Nazirliyin məlumatına görə, terrorçular bu həftə ölkə ərazisinə daxil olublar.
Hürr Tərcüman