📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda İsraillə əməkdaşlıq şübhəsi üzrə 20 nəfər saxlanıldı

2026-03-15 12:42:02

İranda İsraillə əməkdaşlıq şübhəsi üzrə 20 nəfər saxlanıldı

İran hüquq-mühafizə orqanları Qərbi Azərbaycan əyalətinin inzibati mərkəzi olan Urmiya şəhərində casusluqda və İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 20 nəfəri saxlayıb.

"Unikal" bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.

Əyalət prokurorunun bildirdiyinə görə, güc strukturlarının əməkdaşları İsraillə əlaqəli olan bir neçə muzdlu şəbəkəsini aşkar edərək zərərsizləşdiriblər.

"Bu şəxslər İsraillə əməkdaşlıq edib, o cümədən hərbi, polis və təhlükəsizliyi təmin edən digər obyektlərin yerləri barədə məlumatları İsrailə ötürüblər", - deyə məlumatda vurğulanır.