📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda istilərə görə istirahət günlərinin sayı artırıldı

2023-08-01 22:58:00

İranda istilərə görə istirahət günlərinin sayı artırıldı

Hurriyyet.az xəbər verir ki, ölkədəki anormal istilər səbəbindən İran hökuməti çərşənbə və cümə axşamı günlərini istirahət günləri elan edib. Məlumatı “Əl Ərəbiyyə” telekanalı verib.

Son günlərdə İranda havanın temperaturu 40 dərəcə Selsiyə çatır. Tehranda 38, İranın cənub-qərbindəki Əhvaz şəhərində 50 dərəcə isti qeydə alınıb. Qarşıdakı 3 gündə Tehranda 39 dərəcə istinin olacağı gözlənilir.

Hürr Tərcüman