📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda kəşfiyyat rəhbəri QƏTLƏ YETİRİLDİ - VİDEO

2024-05-23 14:45:08

İranda kəşfiyyat rəhbəri QƏTLƏ YETİRİLDİ - VİDEO

İranın Luristan ostanının kəşfiyyat rəhbəri və Tehranın keçmiş polis rəisi Hüseyn Rəhimi mayın 22-də gecə yarısı sui-qəsd nəticəsində öldürülüb. 

Hurriyyet.az xəbər verir ki, sui-qəsd naməlum şəxslər tərəfindən odlu silahla həyata keçirilib. 

İran rəsmi orqanlarından hələlik heç bir açıqlama verilməsə də, təhlükəsizlik qüvvələrinin Rəhiminin qətli ilə bağlı genişmiqyaslı araşdırma apardığı iddia olunur.

Hadisənin İran Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində dünyasını dəyişməsindən sonra baş verməsi həm İranda, həm də regionda xüsusi maraqla qarşılanıb. 

sfera.az