📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranda kütləvi etirazlarda həlak olanların sayı artır

2022-09-27 17:48:00

İranda kütləvi etirazlarda həlak olanların sayı artır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, son 10 gün ərzində İranı bürümüş etiraz aksiyalarının gedişində  40 nəfərdən artıq insan həlak olduğu bildirilir.

Artıq 11-ci gündür ki, 22 yaşlı Mahsa Amininin ölümündən sonra başlayan etirazlar səngimir. O, hicabı düzgün bağlamamaqda ittiham edilərək polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişib.

Qeyri-rəsmi məlumatlara görə, polislə etirazçıların toqquşmaları zamanı hər iki tərəfdən ümumilikdə 41 nəfər həlak olub.

Bu nümayişlər İran İslam Reslublikasının tarixində ən irimiqyaslı etirazlardan hesab edilir.

Son dəfə belə irimiqyaslı etirazlar 2009-cu ilin mübahisəli prezident seçkilərinin nəticələrinə qarşı baş qaldırmışdı.

2019-cu ildə isə yanacağın bahalaşması ölkədə kütləvi çaxnaşmalarla nəticələnmişdi.

Hazırda nümayişlərin İranın 80-ə qədər yaşayış məntəqəsini əhatə elədiyi güman edilir.

Hürr Tərcüman