İranda məscidə HÜCUM - çox sayda yaralı var
2022-09-16 16:01:00
İranın Fars əyalətinin Şiraz şəhərində naməlum şəxs bıçaqla məsciddə insanlara hücum edib.
Hurriyyetıaz-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər Şiraz şəhərinin Hacı Abbas məscidində baş verib.
İnsanlar səhər dini ayini yerinə yetirib məsciddən çıxarkən həmin şəxs onlara bıçaqla hücum edib.
8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb. Soyuq silahla məsciddə insanlara hücum edən şəxs saxlanılıb.